525.Az

Yay Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli olub


 

Yay Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli olub<b style="color:red"></b>

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli olub.

525.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə qurumun beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları 28 avqust-8 sentyabrda baş tutacaq.

 





07.06.2023    çap et  çap et