525.Az

"Zərb alətləri və ənənəvi incəsənət üzrə Beynəlxalq Festival" keçirilib


 

"Zərb alətləri və ənənəvi incəsənət üzrə Beynəlxalq Festival" keçirilib<b style="color:red"></b>

27 may-02 iyun tarixlərində MƏR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Misir paytaxtı Qəhrə şəhərində "Zərb alətləri və ənənəvi incəsənət üzrə Beynəlxalq Festival" keçirilib.

525.az xəbər verir ki, tədbirin son günü Misirin Mədəniyyət naziri N.Əl-Kilaninin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın incəsənət xadimi və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu haqqında məlumat verilib.

Onun ənənəvi incəsənətin inkişafında, eləcədə diplomatik xidmətində rolu vurğulanıb və ona ünvanlanan mükafat və sertifikat təşkilatçılar tərəfindən səfir E.Poluxova təqdim olunub. Eyni zamanda, Festival ilə əlaqədar dərc edilmiş kitabda P.Bülbüloğlunun həyat və yaradıcılığına həsr edilmiş məqalə də öz əksini tapıb. 

Azərbaycanın incəsənət xadiminə verilən dəyərə və mükafata görə Misir tərəfinə təşəkkürünü bildirən səfir E.Poluxov P.Bülbüloğlunun ölkəmizin milli musiqi tarixində mühüm rola malik olması ilə yanaşı, sülh istiqamətində həyata keçirdiyi diplomatik xidmətlərindən də söhbət açıb.

Qeyd etmək olar ki, adıçəkilən festival ənənəvi olaraq hər il keçirilir və orada iştirak üçün dünyanın müxtəlif ölkələrindən musiqi və rəqs qrupları qatılır. Bu il keçirilən tədbirdə də Afrika, Avropa, Asiya və Latın Amerikasından gələn qruplar tamaşaçıları maraqlı proqram ilə tanış etmişlər. Tədbir böyük sayda yerli və xarici qonaqlar tərəfindən ziyarət edilib və kütləri informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

 


    
 

 





07.06.2023    çap et  çap et