525.Az

Şekspir dünyası - Telman Orucov yazır


 

Şekspir dünyası - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 Olbani həmçinin dəyişilir, o, artıq Qoneriliyanın sxeminə dözə bilmir, öz arvadını "ən barbar, degenerat" qadın adlandırır. Lakin Qoneriliya bunda öz ərinin patetik olduğunu görür.

Fransa kralı müdaxilə etsə də, lakin hələ heç nə etmir. Vasitəçi yenilikləri gətirir. Kornuell Qlosterin gözlərini çıxarmışdır. Kornuellin özü də Qlosterin nökərlərindən biri tərəfindən öldürülmüşdür. Kor Qloster qiyam qaldırmışdır, Edmund isə ona xəyanət etmişdir. Olbani da qisas almağa and içmişdir.

Kordeliya atası barədə xəbərləri eşitdikdə, bunu "nəhayət, günəşin çıxmasına və yağışın yağmasına" bənzətmişdi. Lakin Lir özünün qızına qarşı "xoş münasibət bəsləməməsindən" o qədər utanmışdır ki, Kordeliyanı görmək istəmir.

Kordeliya isə intensiv qaydada öz dəli atasını xatırlayır, ümid edir ki, onun səhhətini bərpa edəcəkdir. Xəbər çatanda ki, ingilis qoşunları irəliləyir, Kordeliya qeyd etdi ki, öz atasına olan məhəbbətinə görə vuruşmağa gedəcəkdir.

Qonerilliyadan Edmunda intim məktub gətirən Osvald Riqanla sözləşir, çünki bu qız Edmundu özü ələ keçirmək istəyirdi. Qonerilya deyir ki, o, Edmundla gedəcəkdir.

"Yoxsul Tom" kimi Edqar öz atasını isti bir yerə aparır və onu inandırır ki, onlar Duvr qayasına baxmamışdan əvvəl başları hərlənməmək üçün dayanmalıdırlar. Qloster özünə sui-qəsd etmək barədə allahlara dua edir və irəli atılır. Edqar bu vaxt öz atasını qayadan yıxılmasına baxmayaraq, sağ qalan kimi salamlayır və deyir ki, Qlosterin qayanın başına qalxmasının özü şeytan əməlidir.

"Yabanı çiçəklərlə bəzənmiş fantastik paltarda" olan Lir deyir: "Onlar mənə dedilər ki, "Mən hər şey idim", "ancaq bu, yalandır". Kral  Qlosteri görəndə qrafın zinakarlıq günahını bağışlayır və onu əmin edir ki, gözləri artıq heç kəsi tanımaq ehtiyacı da duymur. Çiçəklərdən ibarət tacını kənara atıb, Lir ötüb keçən vaxt real qaydada öz kürəkənlərini taclandırdığını yadına salır. Çiçəkləri ayaqlayaraq qışqırır: "Öldür, öldür, öldür, öldür, öldür, öldür". Kordeliyanın köməkçisi köməyə gəlir. Lakin Lir xeyli uzağa qaçır, onları da öz arxasınca gəlməyə çağırır.

Osvald Edqarı "satqın" adlandırıb, Qlosterə kömək etdiyinə görə onu ittiham edəndə, Edqar Osvaldı öldürür. Osvalda məxsus olan şeylərin arasında Edqar Qoneriliyanın Edmunda ünvanladığı, Olbanini öldürmək və onun əri olmağı barədəki xahiş məktubunu tapır.

Kent özünün kim olduğunu Kordeliyaya açıb deyir və Lir ayılıb, Kordeliyanı öpəndə, qızı musiqiçi çağırır və onu sakitləşdirir. Dizləri üstünə çökən Lir öz qızını tanıyır və məlum səbəbə görə özünü zəhərləmək istəyir. "Yoxdur səbəb, heç bir səbəb" deyə Kordeliya onu əmin edir. Lir ondan xahiş edir ki, "yaddan çıxarsın və onu bağışlasın". "Mən qoca və səfeh idim".

Fransa ilə İngiltərə arasında müharibə başlananda Edqar hələ də maskada olmaqla, Olbaniyə Qoneriliyanın Edmunda yazdığı məktubunu verdi. Olbani vəd etdi ki, məktubu oxuyacaq, çünki Edmundla birlikdə fransızlarla vuruşmağa gedirdi. Təklikdə, Edmund müharibə vaxtı Olbaninin ondan asılı müttəfiqi olmağı qərara aldı, lakin sonra Qoneriliya onu öldürəcəkdir.

Britaniya və Fransa arasındakı döyüş davam edəndə, Edqar atasına xəbər verir ki, Lirin və Kordeliyanın titulları yenə də müvafiq olaraq, İngiltərənin kralı və Fransanın kraliçası olaraq qalır. Bu vaxt onlar ingilislərin dustağına çevrilirlər. Lir Kordeliyaya deyir ki, dustaqxanada onlar "dua edəcəklər və oxuyacaqlar". Lakin Edmund onların hər ikisini öldürməyi planlaşdırır, bunu Kordeliyadan başlamaq istəyir. Olbani, Edmundun Kordeliyanı və Liri ona verib, azad etməsindən imtina etdikdə, buna təəccüblənərək Edmundu və Qoneriliyanı həbs edir.

Riqan qəflətən ciddi xəstə olduğunu hiss edir, onu çadıra gətirirlər. Herold rəsmi ittihamını oxuyanda, Edmundun xəyanət etdiyindən xəbər tutur. Edqar irəli çıxır ki, adi döyüşdə öz ögey qardaşının çağırışına görə maskasını açsın. Edqar Edmundu öldürmək istəyir, lakin Olbani onu dayandırır. Əvəzində Olbani Qoneriliyanı, Edmunda yazdığı məktub vasitəsilə ifşa edir. Lakin bu vaxt qadın Olbaninin və Edmundun hər ikisinə öz nifrətini bildirir, sonra ləngimədən çıxıb gedir. Edmund və Edqar varislik barədəki həqiqəti açırlar. Edmund təqsirkar kimi öz pis əməlini ciddi sürətdə başa düşür və Edqar özünün həqiqətən kim olduğunu açıb deyir. Ona əhvalatı danışır, həmin vaxt o demişdi ki, öz atalarımızın ürəyini o, "gülə-gülə partladacaqdır". Olbaninin, hətta Edmundun Edqarın bu söylədiklərinə görə kefləri pozuldu.

Bir centlmen xəbər verdi ki, Qoneriliya Riqanı zəhərləmişdir və sonra özünü xəncər zərbəsi isə ölümcül yaralmışdır. Nəhayət, onun bacısı öldü. Kent gəlib çıxanda, öz kralını axtarırdı. Edmund deyir ki, boş bir şeyə həsr etməyə vaxt yoxdur, onun təlimatına görə Lir və Kordeliya öldürülməlidir. Lakin artıq çox gecdir. Kordeliyanın cəsədi əlində Lir içəri girir. "Budurmu vəd edici sonluq?" Kent cavab verir: "Və ya həmin dəhşətin təxəyyülü". Edqar əlavə edir ki, Lir nikbindir. "Bu adamın bədəni tərpənir, o, sağdır?"

Kent Lirə öz həqiqi keçmişini açır, lakin Olbani inanır ki, Lir "özünün görmədiyini də bilir". Bu, onunla danışmağın indi mümkün olmadığını bildirir.

Xəbər daşıyan Edmundun da öldüyünü məruzə etməyə gəlir. "Burada yalnız titul vardır". Olbani cavab verərək elan edir ki, o, kral Lirin bütün hakimiyyətini bərpa edir. Lakin Lir Kordeliyanın ölməyinə dözməyə qadir deyildir. "Sən bir daha gəlməyəcəksən. Heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt". Sonra Lir əmin olanda ki, onun qızı hələ sağdır, bu vaxt onun özü ölür.

Olbani Kentdən və Edqardan xahiş edir ki, onunla birlikdə Britaniyanı idarə etsinlər. Lakin loyal Kent deyir ki, o, öz ağasının dalınca getməlidir, yəni o da həmçinin öləcəkdir. Və Edqar sağ qalanları dəvət edir ki, "Bizim nə hiss etdiyimizi hamıya danıış və bizim deməli olduqlarımızı isə danışmayın".

Şairlər və alimlər əsrlər ərzində bunu qəbul edirlər ki, "Kral Lir" prinsip etibarilə, yazılmış bir ədəbi nailiyyətdir, Sofoklun "Antiqona"sı ilə bir sırada dayanır. Bibliyanın "Cob" ("İov") kitabı isə tamaşadan çox oxumaq üçün yararlıdır. "Kral Lir" daha çox həqiqi olduğuna görə Şekspirin ən yaxşı pyesi adlanır. Lir öz tacından, kral hakimiyyətindən, öz səbəblərindən, bütün fundamental insan rahatlığından və axırda uşaqlarından uzaqlaşır.

Bəzilərinə belə gələ bilər ki, əsərdə cərəyan edən hadisələr keçmiş zamana məxsus olduğundan bir növ anaxronizmdir, yeni, müasir həyatla ayaqlaşmır, onun parametrlərinə uyğun gəlmir. Belə yanaşma əsərin mahiyyətini anlamamaqdan, ona səthi münasibət göstərməkdən irəli gəlir. Əlbəttə, XXI əsrin əvvəli ilə XVI əsrin sonu, nə də XVII əsrin əvvəli müqayisə oluna bilməz. Çünki dünya çox dəyişilmişdir. Ona görə də həm mövcud fərqlər, həm də insan təbiətindəki oxşar cəhətlər araşdırılmaya məruz qalmalıdır.

Şekspir dövründəkindən fərqli olarpaq müasir insan zəkası ağlasığmaz zirvələri fəth etmiş, sualtı qayıqları, təyyarələri, köhnə təyyarələrin sürəti ilə hərəkət edən qatarları, raketləri, robotları, smartfonları, mobil telefonları icad etmişdir. İnsan süni intellekt yaratmış və süni insan beyninin də kəşf edilməsi ərəfəsindədir. Bir neçə əsr əvvəllə müqayisə edildikdə, insan ağıla sığmayan inqilabi dəyişikliklərə imza atmışdır. Bütövlükdə dünya əhalisinin həyat şəraiti səviyyəsi də xeyli yaxşılaşmış, aclıqla üzləşən regionların sayı kəskin surətdə azalmışdır. Bütün bunlar insanın istedadı, bacarığı və zəhmətsevərliyi barədə qürur hissləri doğurur.

Lakin təəssüf ki, bunu insan təbiətinin əsaslı qaydada dəyişilməsi barədə demək çətindir. İnsanın xarakterinə xas olan qüsurlar nəinki yoxa çıxmamış, əksinə, artmış, çoxalmış, daha hiyləgər vasitələrə və üsullara yiyələnmişdir. Bu sahədə insan heç bir yırtıcı vəhşi heyvanla da müqayisə oluna bilməz. Canavar və ya şir ac qalmamaq üçün digər məməliləri ovlayır. Qartal özünü və balasını yedirtmək üçün sürünənlərə qənim kəsilir. Dəvə və zürafə tikanlı bitkiləri və yarpaqları yeyir, qaramal və dəvə yediklərinin qaytarıb kövşəməklə, qəbul etdiyi qidanın həzm effektini xeyli artırır. Onlar bütün bacarıqlarını, yəqin ki, həm də instinktlərini özlərinin həyatlarını davam etdirməyə, bu məqsəd üçün qida mənbəyi tapmağa həsr edirlər.

İnsan isə, xüsusən böyük imkanlara malik olanlar özünü yüksəltmək üçün başqa xalqları müharibəyə calb etməklə, öz xalqını da fəlakətlə üzləşdirir, faciələrin birbaşa iştirakçısına çevirir. Böyük ədalətsizlik ondadır ki, belələri, özünü intihar etmək kimi kiçik istisnalarla yanaşı, heç bir cəzaya çatdırılmırlar, hətta guya diqqəti cəlb edən tarixi şəxsiyyətlərə çevrilirlər.

Şekspir hələ dörd əsr əvvəl həmin insan qanı ilə qidalananları, müasir kanniballar növünü görmüşdü və onlara nifrətini gizlətməmişdi. Şekspir dühası öz əsərlərində zaman və məkan məhdudiyyəti tanımadığı kimi, onun peyğəmbərliyi də əsrlərin arxasından həqiqi uzaqgörənliyi ilə fərqlənərək, öz şüasını müasir insanlara və gələcək nəsillərə ünvanlamışdır. Bu xüsusiyyətinə görə Şekspir təkcə öz dövründə mövcud olan İngiltərəyə məxsusluğu ilə yanaşı, indiki dövrə aid olduğunu və İngiltərədən uzaqlarda yaşayan bütün dünya əhalisinin həqiqi müasiri olduğunu qoruyub saxlayır.

Haqqında danışdığımız əsərə gəldikdə Şekspirin məqsədi təsvir etdiyi hadisələri xristianlıqdan əvvəlki dünyaya aid etmək idi. Personajın biri, yeganə Allaha - Xristə deyil, allahlara dua edir, onlardan kömək diləyir. Əlbəttə, xrisitanlq bütün cəhətlərinə baxmayaraq, insanları qüsurlardan qorumağı bacarmadı, onları təbliğ etdiyi ləyaqətlərlə kütləvi qaydada silahlandıra bilmədi. Əksinə, öz təliminə uyğun gəlməyən, olduqca ağılsız, insanlığa zidd olan tədbirlərə də əl atdı, uydurulmuş səbəblərdən istifadə edərək çox miqdarda insan qanının axmasına şərait yaratdı. Əsrlər keçsə də, xristianlıq Səlib yürüşləri və inkvizisiya kimi, sırf qəddarlıq rəmzində olan ləkələrdən təmizlənə bilmir. Xristianlıq xüsusən Amerikalarda irqçiliyə, Avropada isə antisemitizmə xeyli müddət ərzində öz "töhfəsini" vermiş, başqa dinlərə sitayiş edənləri heç bir əsas olmadan kafir adlandırmaqdan da çəkinməmişdi. Ona görə də xristianlığı faciələrdən uzaqlaşdırmaq cəhdi gülünc görünür. Məgər dünya müharibələri də daxil olmaqla böyük qarşıdurmaların hamısını xristian dövlətləri başlamamışdırmı? Hələ XVII əsrdə xristianlığın öz daxilində katolik və protestant dövlətləri Avropada qanlı Otuz illik müharibənin getməsinə rəvac vermişdilər. XX əsrdə isə imperialist məqsədlərini rəhbər tutaraq Almaniya və Avsriya-Macarıstan I Dünya müharibəsinə, Hitler Almaniyası və militarist Yaponiyası isə II Dünya müharibələrinə başlamaqla, on milyonlarla insanların məhvinə, bütöv ölkələrin viran qalmasına səbəb olmuşdular. Şekspirin "Makbet"ində deyildiyi kimi, həmin müharibələrin təşəbbüskarlarının əlinin qanını okean da yuyub, təmizliyə bilməz.

 (Ardı var)

 





07.06.2023    çap et  çap et