|
|
|
|
Peşə təhsili müəssisələrinə müəllim, direktor və direktor müavinlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
525.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov media nümayəndələri ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, iyul ayının sonuna yaxın vakant yerlərlə bağlı məlumat veriləcək. Bildirib ki, 15-20 nəfər direktor, 20-30 arası direktor müavini vakant yerlərinin elan olunması planlaşdırılır.
Sevinc Qarayeva