|
|
|
|
Yüksək texniki peşə sahəsi üzrə tədris proqramına 6 yeni ixtisas əlavə edilməsi planlaşdırılır.
525.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov media nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istismarı, texniki yeni ixtisaslardan (1 illik) isə rabitə quraşdırıcısı-kabelçi, kombi və kondisioner ustası, planer və mühərrik üzrə mexanik, un üyütmə istehsalının aparatçısı üzrə ixtisaslar buraya daxildir.
Sevinc Qarayeva