Son üç ildə peşə təhsilində tələbə qəbulunda 30 faiz artım qeydə alınıb.
525.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov media nümayəndələri ilə keçirilən görüşdə deyib.
Ceyhun Kərəmovun sözlərinə görə, yüksək texniki peşə təhsili səviyyəsinə son 3 ildə 1466 tələbə qəbul olub: “Yüksək texniki peşə təhsilini əhatə edən tələbə sayı 9200 nəfərə çatıb. Dörd min nəfər peşə təhsilində qısa müddətli təlimlərə cəlb edilib. Hər il 15 nəticə əsaslı peşə təhsili proqramı icra olunur. On beş min nəfər qısamüddətli ixtisasartırma təhlili proqramlarına cəlb olunub. Peşə təmayüllü siniflərin olduğu məktəblərin xüsusi çəkisi 15 faizə çatıb”.
Sevinc Qarayeva