525.Az

BƏƏ - beynəlxalq ticarət və logistika məkanı


 

BƏƏ - beynəlxalq ticarət və logistika məkanı<b style="color:red"></b>

BƏƏ-in Bakıdakı səfirliyi, Dubay Palatası və DP World BƏƏ - beynəlxalq ticarət və logistika məkanı mövzusuna həsr edilmiş vebinar keçirilib.

525.az-a BƏƏ-nin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən missiya rəhbərinin müavini Abdalla Alshamsi Birləşmiş Ərəb Əmirliklərinin dünya səviyyəli beynəlxalq ticarət və logistika məkanı kimi nailiyyətlərindən danışıb.

 “Avropa, Afrika və Asiyanın kəsişməsində yerləşən BƏƏ qlobal ticarət şəbəkəsində unikal mövqeyə malikdir”, deyən cənab Alshamsi qeyd edib ki, BƏƏ-nin innovasiyalara sadiqliyi Əl Maktum Beynəlxalq Hava Limanı və Dubay Beynəlxalq Hava Limanının genişləndirilməsi kimi dünya səviyyəli hava daşımaları obyektlərinin inkişafına səbəb olub. O vurğulayıb ki, fiziki infrastrukturdan əlavə, BƏƏ həm də çoxmillətli korporasiyaları və kiçik biznesləri cəlb etmiş olan biznes üçün əlverişli mühit yaradıb.

Sonda cənab Alshamsi Azərbaycandan olan iş adamlarını BƏƏ investisiya fürsətlərindən faydalanmağa dəvət edib.

Pərvanə

 





07.06.2023    çap et  çap et