525.Az

Ərdoğan Zelenski ilə görüşüb


 

Ərdoğan Zelenski ilə görüşüb<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Zelenski ilə görüşüb.

525.az xəbər verir ki, görüş zamanı Xersondakı bəndin dağıdılması da müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Zelenski ilə telefon danışığında Kahovka bəndində baş verən partlayışı araşdırmaq üçün beynəlxalq komissiyanın yaradıla biləcəyini bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamaya görə, görüşdə Rusiya-Ukrayna müharibəsindəki gedişat müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, Kahovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün müharibə edən tərəflərdən ekspertlərin, habelə BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin iştirakı ilə komissiya yaradıla bilər.

Türkiyə olaraq bu mövzuda əllərindən gələni etməyə hazır olduqlarını deyən Ərdoğan, bu məsələdə "taxıl dəhli"zində olduğu kimi danışıqlar metodunun izlənilə biləcəyini də dilə gətirib.

Münaqişə davam etdikcə hər gün baş verən insan itkilərinin qarşısını almağın mümkün olmayacağını və buna görə də danışıqlara qayıtmaq lazım olduğunu vurğulayan Türkiyə Prezidenti, münaqişənin həlli istiqamətində səylərini qətiyyətlə davam etdirəcəklərini qeyd edib.

Fərid Sançar

 





07.06.2023    çap et  çap et