|
|
|
|
ABŞ-də daha bir məktəbdə buraxılış mərasimində toplaşanlara atəş açan şəxs 2 nəfəri öldürüb, 5 nəfəri isə yaralayıb.
525.az xəbər verir ki, 19 yaşlı silahlı şəxs Riçmond şəhərində orta məktəbi hədəfə alıb. O, buraxılış mərasiminə toplaşan kütləyə atəş açıb. Hadisə zamanı 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hücum edən şəxs saxlanılıb.
Qeyd edək ki, ABŞ-də son 6 ayda 279 silahlı atışma olub ki, bu zaman 4 və daha çox adam güllələnib.
Məhəmməd Tağıyev