525.Az

İtaliyanın keçmiş Baş naziri korrupsiyada ittiham olunur


 

İtaliyanın keçmiş Baş naziri korrupsiyada ittiham olunur<b style="color:red"></b>

İtaliyada keçmiş Baş nazir Massimo D'Alema və İtaliya müdafiə sənayesi şirkəti "Leonardo"nun keçmiş icraçı direktoru (CEO) Alessandro Profumoya qarşı hərbi təyyarə, sualtı qayıq və gəmilərin Kolumbiyaya satışı ilə bağlı istintaq başladılıb.

525.az xəbər verir ki, Neapol Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində D'Alema və Profumonun Romadakı evlərində və ofislərində axtarış aparıldığı bildirilib. D'Alema və Profumo ilə birlikdə 8 nəfər beynəlxalq korrupsiyaya görə istintaqa cəlb olunub. İstintaqın İtaliyanın "Leonardo" şirkətinin istehsal etdiyi "M346" təlim təyyarəsi və "Fincantieri" tərəfindən istehsal olunan korvet və sualtı qayıqların Kolumbiyaya satışı ilə bağlı olduğu vurğulanıb. Baş Prokurorluğun İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin müfəttişləri tərəfindən yoxlanılan satış üçün qeyd olunan məhsulların dəyərinin 4 milyard avrodan çox olduğu qeyd edilib.

Qeyd edək ki, istintaqda iddia edilən beynəlxalq korrupsiya ittihamı 2022-ci ilin yanvarına təsadüf edir.

Məhəmməd Tağıyev

 





07.06.2023    çap et  çap et