525.Az

Haitidə daşqınlarda 15 nəfər ölüb


 

Haitidə daşqınlarda 15 nəfər ölüb<b style="color:red"></b>

Haitidə təsirli olan leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ilkin məlumatlara görə 8 nəfər itkin düşüb, 15 nəfər ölüb. 

525.az Haiti Mülki Müdafiə Agentliyinin məlumatına istinadən bildirir ki, daşqın səbəbindən təxminən 13 400 nəfər evlərindən təxliyə edilib. Güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 7400-dən çox evə ziyan dəyib, 8 nəfər itkin düşüb, 15 nəfər isə həyatını itirib. 

Haiti Baş naziri Ariel Henri verdiyi açıqlamada hökumətin daşqınlardan zərər çəkənlərə kömək etmək üçün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirib. 

Qeyd edək ki, 2016-cı ildə Haitidə "Metyu" qasırğası nəticəsində 800-dən çox insan həlak olub.

Malik Atilay

 





07.06.2023    çap et  çap et