525.Az

ABŞ-də həyəcan: 30 uşaq itkin düşüb


 

ABŞ-də həyəcan: 30 uşaq itkin düşüb<b style="color:red"></b>

ABŞ-də polis rəsmiləri mayın ilk iki həftəsində Klivlenddə iyirmidən çox uşağın itkin düşdüyünü bildirərək, bölgədəki "fövqəladə" yoxa çıxma dalğası ilə bağlı həyəcan təbili çalıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyuburq Heights polis rəisi Con Majoy bildirib ki, mayın 2-dən 16-a qədər ən azı 27 uşaq itkin düşüb. 

Klivlend İtkin Təşkilatının İdarə Heyətinin sədri vəzifəsini də icra edən polis rəisi 2023-cü ilə qədər 12-17 yaşlı uşaqların yoxa çıxmasının “görünməmiş səviyyələrə” çatacağı ilə bağlı xəbərdarlıq edib. 

Mayın ortalarına olan məlumata görə, Klivlenddə ümumilikdə 56 uşaq itkin düşüb. Majoy 33 illik karyerasında heç vaxt bu qədər çox itkin uşaq görmədiyini vurğulayıb: "Bu, burnumuzun dibində törədilən səssiz cinayətdir", - polis rəisi deyib. Majoy əlavə edib ki, gənclər ümidsizliyə düşəndə dəstələrə qoşulub, bədənlərini satıblar və ya qorunmaq üçün narkotik vasitələrdən istifadə ediblər ki, bu da onların avtomobil oğurluğu və soyğunçuluq kimi cinayətlərə başlamasına səbəb olub. 

Qeyd edək ki, Klivlenddə və Ohayo ştatının şimalındakı digər ərazilərdə artan itkinlərlə mübarizə aparmaq üçün ABŞ Hüquq-Mühafizə Xidməti may ayında “Biz sizi tapacağıq” əməliyyatına başlayıb.

Malik Atilay

 





07.06.2023    çap et  çap et