525.Az

Aİ qanunlarını pozan Polşa 556 milyon avro cərimələnib


 

Aİ qanunlarını pozan Polşa 556 milyon avro cərimələnib<b style="color:red"></b>

Avropa Ədalət Məhkəməsi Polşanın 2019-cu ildə apardığı məhkəmə islahatları ilə Avropa İttifaqı (Aİ) qanunlarını pozduğuna qərar verərək Polşanı 556 milyon avro məbləğində cərimələyib.

525.az dünya mediasına istinadən xəbər verir ki, Aİ-nin ən yüksək məhkəmə orqanı olan Avropa Ədalət Məhkəməsi (AƏM), Polşanın 2019-cu ildə həyata keçirilən məhkəmə islahatları ilə Aİ qanunlarını pozduğuna qərar verib. 

AƏM-dən verilən açıqlamada Polşanın Aİ Müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi, Ali Məhkəmənin tərkibində yaradılmış hakimlərin toxunulmazlığını ləğv etmək səlahiyyətinə malik olan İntizam Şurasının isə şərti yerinə yetirmədiyi bildirilib. 

Qeyd edək ki, Polşa Aİ tarixində ən böyük cəriməyə məhkum edilib.

Malik Atilay

 





07.06.2023    çap et  çap et