525.Az

Cenevrədə "taxıl sazişi" danışıqları


 

Cenevrədə "taxıl sazişi" danışıqları<b style="color:red"></b>

"Taxıl sazişi" üzrə danışıqlar iyunun 9-da Cenevrədə keçiriləcək.

525.az xəbər verir ki, görüşün tarixini "RİA Novosti"nin BMT-dəki mənbəsi açıqlayıb.

Rusiya Federasiyası və BMT-nin "taxıl sazişi"nə dair memorandum üzrə məsləhətləşmələrin davam etdirilməsi üçün nəzərdə tutulan görüşün tarixini Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin də təsdiqləyib.

Agentlik mənbəsinin məlumatına görə, BMT-ni qurumun Ticarət və İnkişaf üzrə Konfransının rəhbəri Rebeka Qrinspan təmsil edəcək.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya taxıl müqaviləsinin uzadılması perspektivlərini dəyərləndirib və bunun şərtlərsiz olmayacağını deyib. Onun sözlərinə görə, Moskva bəyan edib ki, sazişin sonrakı fəaliyyəti üçün şərt beş bəndə əməl olunmasıdır.

Havar Şəfiyeva

 





07.06.2023    çap et  çap et