525.Az

“Xeyirxahlıq günəşi” adlı filmin təqdimat mərasimi keçirilib


 

“Xeyirxahlıq günəşi” adlı filmin təqdimat mərasimi keçirilib<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Xeyirxahlıq günəşi” adlı filmin təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, məqsədimiz bu dünyanı gözəlləşdirən , insanlığın xilası və xoşbəxt olması yolunda çalışan insanları xatırlamaq və xatırlatmaqdır. Zərifə xanım öz zəhməti sayəsində oftalmologiya sahəsində mühüm elmi yeniliklərə imza atmış, ən ali mükafatlara layiq görülmüş böyük alim idi.  O həm xeyirxah əməl sahibi, həm müdrik insan idi. Zərifə xanımı tanıyanlar onu insanların xeyirxah, qoruyucu mələyi adlandırıblar.

O, hədsiz dərəcədə xeyirxah insan idi. Yaşamaq, yaratmaq, xilas etmək, qorumaq, fədakarlıq etmək, gələcəyə inamla baxmaq onun həyatını ifadə edən kəlmələrdən sadəcə bir neçəsi idi. Zərifə xanım sözün əsl mənasında fədakar idi. 
O  gözəl başa düşürdü ki, Əbədiyyəti  ancaq yaxşı əməl sahibləri qazana bilərlər.  Liseydə məhz Zərifə xanımın doğum günündə - 28 aprel tarixində artıq ənənə halını almış lisey şagirdlərinin iştirakı ilə  xeyriyyə tədbirləri  təşkil olunur. Builki xeyriyyə tədbiri qardaş Türkiyədə  zəlzələdən zərər çəkmiş bölgələrə yardım məqsədi daşıdı.

Bu il işıqlı xatirəsini yad etdiyimiz bu xeyirxah insan, gözəl ana, qayğıkeş ömür yoldaşı, fədakar alim, dünya oftalmologiya elminə  gətirdiyi yeniliklərlə bir çox insanın xilaskarına çevrilən, istedadlı pedaqoq, fəal ictimai xadim, mürəkkəbliklər içərisində öz sadəliyini qoruyan, əvəzedilməz şəxsiyyət olan akademik Zərifə xanım Əliyevanın 100-cü, liseyimizin isə fəaliyyətinin 15-ci ildönümüdür.

Zərifə xanımın və onun adını qürurla daşıyan liseyin yubileyi münasibətilə  lisey heyətinin  iştirakı ilə “Xeyirxahlıq günəşi”  bədii –sənədli filmini çəkmək qərarına gəldik. Filmdə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən kadrlar öz əksini tapmışdır.

Qeyd edək ki, bu kadrlar əsasən lisey heyətinin iştirakı ilə çəkilib.

Filmin rejissoru     Azərbaycan  Respublikasının əməkdar aktyoru, Prezident mükafatçısı, Azərbaycan Dövlət Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğlu,  Senari müəllifi    Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi  Günel Bağırova
Məsləhətçi  Akademik Zərifə Əliyeva adına liseyin kitabxana müdiri İradə Hacızadə, prodüser Akademik Zərifə Əliyeva adına liseyin direktoru  Fərqanə İsayevadır.

 

 

 

 


 

 





07.06.2023    çap et  çap et