525.Az

Stoltenberq Kuleba ilə Kaxovka bəndinin dağıdılmasını müzakirə edib


 

Stoltenberq Kuleba ilə Kaxovka bəndinin dağıdılmasını müzakirə edib<b style="color:red"></b>

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arsında telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə Baş katib Stoltenberq "Twitter" hesabında bildirib.

"Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə minlərlə insanı evlərindən didərgin salan və Ukraynada ekoloji fəlakətə səbəb olan Kaxovka bəndinin dəhşətli şəkildə dağıdılması barədə danışdım. Nazir Kuleba sabah mənim sədrlik edəcəyim NATO-Ukrayna Komissiyasının iclasında müttəfiq səfirlərə virtual qoşulacaq", - Stoltenberq deyib.

 





07.06.2023    çap et  çap et