525.Az

Şahbuz sakini özünü yandırıb


 

Şahbuz sakini özünü yandırıb<b style="color:red"></b>

Şahbuz rayonunda gənc oğlan özünü yandırıb.

525.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Şahbuz yolunda qeydə alınıb. Belə ki, Şahbuz rayon Sahbuzkənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Sahil Talıb oğlu özünü yandırıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi hüquq mühafizə orqanları tərəfindən araşdırılır (APA).

 





08.06.2023    çap et  çap et