https://525.az/img/pics/medium/2023-09/284199_he2km5ueq1.jpg Azərbaycan Prezidentinin xalqa müraciəti dünya mətbuatında geniş işıqlandırılıb
https://525.az/img/pics/medium/2023-09/284190_3yz08smrpl.jpg “525-ci qəzet”in 22 sentyabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Təvazökar insan, vətənsevər ziyalı - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2023-09/284139_29rdzr3etl.jpg Üçüncü xəbərdarlıq
search
21 Sentyabr 2023

Nazir federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Nazir federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 9-cu görüşü keçirilib.

525.az-a Nazirlikdən verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil olunan görüşdə əvvəlcə idman dərəcələrinə layiq görülmüş bir qrup idmançıya müvafiq nişan və vəsiqələr təqdim edilib.

Sonra F.Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, "Goal+" layihəsinin təqdimatı, idman sahəsində vergi güzəştləri və azadolmaları ilə bağlı məlumat verilib. Həmçinin, III Avropa Oyunlarına və XXXI Ümumdünya Yay Universiadasına hazırlıq məsələləri, Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına hazırlıq və digər məsələlər müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.