Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Ermənistan Parlamentinin üzvləri ilə görüşüb.
525.az xəbər verir ki, bu barədə Aİ Komissarı "Twitter" hesabında bildirib.
“Berlaymontda (Avropa Komissiyasının binası - red.) Ermənistan Parlamentinin nümayəndə heyətinin üzvlərini qarşıladıq. Biz Aİ-Ermənistan münasibətlərini və regiondakı vəziyyəti müzakirə etdik. Aİ hamının xeyrinə davamlı sülhü və iqtisadi inkişafı təmin etmək üçün iqtisadi və maliyyə dəstəyi göstərməyə hazırdır”, Varhelyi qeyd edib.