525.Az

Aİ komissarı erməni parlamentarilərlə regiondakı vəziyyəti müzakirə edib


 

Aİ komissarı erməni parlamentarilərlə regiondakı vəziyyəti müzakirə edib<b style="color:red"></b>

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Ermənistan Parlamentinin üzvləri ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə Aİ Komissarı "Twitter" hesabında bildirib.

“Berlaymontda (Avropa Komissiyasının binası - red.) Ermənistan Parlamentinin nümayəndə heyətinin üzvlərini qarşıladıq. Biz Aİ-Ermənistan münasibətlərini və regiondakı vəziyyəti müzakirə etdik. Aİ hamının xeyrinə davamlı sülhü və iqtisadi inkişafı təmin etmək üçün iqtisadi və maliyyə dəstəyi göstərməyə hazırdır”, Varhelyi qeyd edib.

 





08.06.2023    çap et  çap et