525.Az

Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirilib


 

Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirilib<b style="color:red"></b>

İyunun 8-də Baş Prokurorluqda “Rəhbər heyətin mülki müdafiə məşqi”nə dair tədbir keçirilib.

Baş Prokurorluqdan 525.az-a verilən məlumata görə, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Şəmşir Şəmşirli mülki müdafiə sahəsində bilik və vərdişlərə yiyələnmənin əhəmiyyətini vurğulayaraq, prokurorluq orqanlarında bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib.

Məşğələdə FHN-in Mülki müdafiə işinin təşkili baş idarəsinin əməkdaşları Xəyal Tağıyev, İlham Söhbətov və Şəmsəddin Hüseynov çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin Mülki müdafiə planının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi, rəhbər heyətin bacarıqlarının artırılması olduğunu qeyd edib.

Tədbir zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən Respublikanın müxtəlif rayonlarında həyata keçirilmiş qəza-xilasetmə təlimlərini əks etdirən videoçarxlar, eləcə də fövqəladə hallar zamanı zəruri olan fərdi mühafizə vasitələri nümayiş etdirilib.

 

 





08.06.2023    çap et  çap et