https://525.az/img/pics/medium/2023-10/285683_6a5q7l3jyx.jpg “525-ci qəzet”in 4 oktyabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-10/285629_fiejj4zw7g.jpg VƏTƏN
https://525.az/img/pics/medium/2023-10/285673_vw4rsko7t1.jpg ŞƏHİD
https://525.az/img/pics/medium/2023-10/285631_cm5xw9oa5h.jpg Həkimanə söhbət
search
4 Oktyabr 2023
3 Oktyabr 2023
22:30

Millimizin kapitanı: "Normal qrupa düşmüşük"

Millimizin kapitanı: "Normal qrupa düşmüşük"

Futzal millimizin kapitanı Emin Kürdov DÇ-2024-un elit-raundunun püşkünü dəyərləndirib.

525.az xəbər verir ki, təcrübəli oyunçu Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında daha çox Qazaxıstan və Niderlanddan ehtiyat etdiklərini bildirib:

“Normal qrupa düşmüşük. Rəsmi oyunlar öncəsi yaxşı hazırlıq keçməli, bir neçə yoldaşlıq oyununda gücümüzü sınamalıyıq. Zəif komanda yoxdur. Yarışa 48 komanda ilə başlanılıb, hazırda 20 milli mübarizəni davam etdirir. Ona görə hər bir komandaya hörmətlə yanaşmalıyıq. Elə qrupda yer almışıq ki, sanki güclər bir-birinə yaxındır. Yəni hər bir iştirakçı digərindən xal ala bilər. Qazaxıstan və Niderlanddan daha çox ehtiyat edirəm. Rumıniyanı da siyahıdan silmirəm. Üstəlik, hər bir komanda rəqibini doğma meydanda da qəbul edəcək. Bu isə meydan sahibi olacaq milliyə əlavə üstünlük verəcək.

Əlbəttə, arzulayıram ki, karyeramda ikinci dəfə dünya çempionatının final mərhələsində iştirak edim. Futzal adına ən mötəbər turnirdir.

Hazırlıq mərhələsindən çox şey asılıdır. Bu prosesi yaxşı keçirsək, qarşıya qoyulan məqsədə nail olmaq mümkündür. AFFA hər zaman milliyə diqqət ayırıb, yaxşı şərait yaradıb. Bu dəfə də belə olacağına inanıram.

Məncə, “ölüm qrupu” E, C qrupunu isə nisbətən “yüngül” qrup adlandırardım”.

Qeyd edək ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlandla üz-üzə gələcək.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.