525.Az

Keniyada ac şirlər yaşayış məntəqələrində


 

Keniyada ac şirlər yaşayış məntəqələrində<b style="color:red"></b>

Keniyada quraqlıq səbəbiylə yemək tapa bilməyən şirlərin yaşayış məntəqələrinə girərək təsərrüfat heyvanlarına hücum etməyə başladığı bildirilib. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Keniyadakı Amboseli Milli Parkı yaxınlığında ferması olan Parkeru Ntereka mətbuata açıqlamasında xırdabuynuzlu heyvanlarına şirlərin hücum etdiyini və heyvanlarının təxminən yarısının tələf olduğunu bildirib. Ntereka: "12 heyvanıma şirlər hücum etdi və bu, ailəm üçün böyük itkidir. Uşaqlarımın məktəb xərclərini bu heyvanlarla təmin edirdim", - deyib. 

Vəhşi təbiətin qorunması üçün araşdırmalar aparan "The Big Life Foundation" şirlərin hücumuna məruz qalan heyvanlara görə kənd sakinlərinə təzminat təklif etsə də, kəndlilər verilən məbləğin yetərli olmadığı qənaətindədirlər. Keçən ay Amboseli Milli Parkına yaxın kəndlərdə keçi və itə hücum edən 6 şir öldürülüb.

Qeyd edək ki, öldürülənlər arasında dünyanın ən yaşlı aslanlarından biri olan Loonkiito da var.

Malik Atilay

 





08.06.2023    çap et  çap et