525.Az

Avstraliya nasist simvollarına milli qadağa tətbiq edəcək


 

Avstraliya nasist simvollarına milli qadağa tətbiq edəcək<b style="color:red"></b>

Avstraliya ifrat sağçı qruplara təzyiq göstərmək məqsədilə nasist simvollarına milli qadağa tətbiq edəcəyini açıqlayıb.

525.az xəbər verir ki, svastika və ya SS simvollarının açıq nümayişi bir ilə qədər həbslə cəzalandırılacaq. Lakin yeni qanunlar nasist salamını əhatə etmir. Bu addım ölkədə son aylarda ifrat sağçı fəaliyyətlərin yenidən canlanmasından sonra atılıb.

Qeyd edək ki, mart ayında bir qrup neonasist Melburnda keçirilən mitinqdə meydana çıxmış və Viktoriya parlamentinin pilləkənlərində nasist salamı vermişdi.

Məhəmməd Tağıyev

 





08.06.2023    çap et  çap et