Yaponiyada 4 Çin vətəndaşı təxminən 700 kiloqram qeyri-qanuni stimullaşdırıcı maddə qaçaqmalçılığında şübhəli bilinərək həbs edilib.
525.az rəsmi "Kyodo" agentliyinin təhlükəsizlik mənbələrinə əsaslanaraq xəbər verir ki, Tokio limanında lövbər salan yük gəmisində axtarış aparılıb. Paytaxt Tokio gömrük orqanları axtarış aparılan yük gəmisində 7 konteynerdə təxminən 700 kiloqram qeyri-qanuni stimullaşdırıcı maddə ələ keçirib. Hüquq-mühafizə orqanları Yokohama və Kavasaki bölgələrində 35-51 yaş arası 4 Çin vətəndaşını qanunsuz stimullaşdırıcı maddələrin qaçaqmalçılığında şübhəli bilərək həbs edib.
Qeyd edək ki, müsadirə edilən maddələrin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istehsal olunduğu vurğulanıb.
Məhəmməd Tağıyev