525.Az

Çindən Aİ-ə çağırış: Sanksiyaları dayandırın


 

Çindən Aİ-ə çağırış: <b style="color:red">Sanksiyaları dayandırın</b>

Çin Avropa İttifaqının (Aİ) rəhbərliyini Rusiya əleyhinə sanksiyalardan yayındığı aşkarlanan Çin şirkətlərinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

525.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, çinli və avropalı diplomatlar son həftələr Brüssel və Pekində bir sıra görüşlər keçiriblər. Danışıqlar zamanı  Avropanın sanksiyalar siyasətinə yenidən baxılıb. 

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirmişdi ki, anti-Rusiya sanksiyalarından yan keçmək Çin üçün baha başa gələcək. 

Havar Şəfiyeva

 





08.06.2023    çap et  çap et