525.Az

Almaniya tank mərmilərinin istehsalını artıb


 

Almaniya tank mərmilərinin istehsalını artıb<b style="color:red"></b>

Almaniyanın “Rheinmetall” müdafiə konserni “Leopard 2” tankları üçün mərmi istehsalını dörd dəfə artırıb.

525.az NTV kanalına istinadən xəbər verir ki, bu barədə konsernin fabriklərindən birinin direktoru Harald Vaysmüller məlumat verib.

“Biz tank sursatlarının istehsalını artırırıq”, - deyən direktor müəssisənin Ukrayna Silahlı Qüvvələrinin artan tələbatına görə istehsal etdiyi 155 mm-lik haubitsa mərmilərinin də sayını 40 mindən 140 min ədədə çatdıra bildiyini vurğulayıb. 

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Rheinmetall Ukraynaya tədarük edilən tankların təmiri və texniki xidməti üçün Ukroboronprom ilə birgə müəssisə təsis edib. 

Havar Şəfiyeva

 





09.06.2023    çap et  çap et