525.Az

Texnologiya şirkətlərinin ixtisarları rekord səviyyədə


 

Texnologiya şirkətlərinin ixtisarları rekord səviyyədə<b style="color:red"></b>

Son zamanlar qlobal miqyasda artan texnologiya şirkətlərində işdən çıxarılmalar bu ilin ilk 5 ayında pik həddə çatıb. 

525.az xəbər verir ki, COVID-19 epidemiyasının başlanğıcından bəri texnologiya dünyasında işdən çıxarılmaları təqib edən "Layoffs.fyi" saytından verilən məlumata görə, texnologiya şirkətlərindəki ixtisarlar artmaqda davam edir. 

"Google", "Microsoft" və "Amazon" da daxil olmaqla şirkətlər 2023-cü ildə işdən çıxarmağa davam edib. "Layoffs.fyi"nin məlumatına görə, ilin əvvəlindən bəri dünyada 718 texnoloji firma 200 000 iş yerini ixtisar edib. Ötən il 1056 texnologiya şirkəti 165 minə yaxın insanı işdən çıxarıb. 

Qeyd edək ki, texnologiya şirkətləri ilin ilk ayında 90 min işçisi ilə yollarını ayırıb. 2023-cü ilin yanvar ayı epidemiya başlayandan bəri texnologiya sektorunda ən çox işdən çıxarılmalar ayı olub. 2022-ci ilin yanvar ayında cəmi 510 nəfər işdən çıxarılıb. 2023-cü ilin yanvar-mart ayları texnologiya sənayesində işçilərin işdən çıxarılması üçün ən pis rüb olub. Birinci rübdə 186 454 nəfər işdən çıxarılıb. Epidemiyanın başladığı dövrə təsadüf edən 2020-ci ilin birinci rübündə 9628 nəfər işdən çıxarıldığı halda, 2020-ci ilin 4-cü rübü 1539 nəfərlə ən az adamın işdən çıxarıldığı dövr olub.

Malik Atilay

 





09.06.2023    çap et  çap et