525.Az

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb


 

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 365,7 min vahid artaraq bu il iyunun 1-nə 1 767,6 minə çatıb.

525.az-a bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 318,1 min vahid artaraq 858 minə yaxın olub.

"4 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artım Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir" - deyə məlumatda qeyd olunub.

 





09.06.2023    çap et  çap et