|
|
|
|
Gəncədə infarkt keçirən sürücü qəza törədib.
525.az xəbər verir ki, 62 yaşlı İ.Usubov Nizami Gəncəvi prospekti ilə idarə etdiyi minik maşını ilə hərəkətdə olan zaman ürəyi tutub.
Nəticədə sürücü idarəetməni itirib, maşın işıqfora çırpılıb.
Araşdırma zamanı məlum olub ki, sürücü dünyasını dəyişib.
Onun infarkt keçirdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.