525.Az

Azərbaycanda vergi daxilolmaları 45 faiz artıb


 

Azərbaycanda vergi daxilolmaları 45 faiz artıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz artaraq 8 milyard 415,8 milyon manat təşkil edib.

525.az barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 5 aylıq vergi daxilolmalarının 4,6 milyard manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 17,8 faiz çoxdur.

 





09.06.2023    çap et  çap et