525.Az

Pirşağıda qamışlıq sahə yanır


 

Pirşağıda qamışlıq sahə yanır<b style="color:red"></b>

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.

525.az-a bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 





09.06.2023    çap et  çap et