525.Az

Sabahdan iyunun 12-dək fasilələrlə yağış yağacaq, dolu düşəcək


 

Sabahdan iyunun 12-dək fasilələrlə yağış yağacaq, dolu düşəcək<b style="color:red"></b>

İyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə 525.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

 





09.06.2023    çap et  çap et