525.Az

Lənkəran və Zaqatala hərbi prokuroru vəzifələrinə təyinat olub


 

Lənkəran və Zaqatala hərbi prokuroru vəzifələrinə təyinat olub<b style="color:red"></b>

Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunub.

525.az-ın məlumatına görə,  bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, E.Əli-məmmədov Lənkəran hərbi prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun digər müvafiq əmri ilə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.

 





09.06.2023    çap et  çap et