525.Az

2 ayda 2 dəfə lotereya qazandı


 

2 ayda 2 dəfə lotereya qazandı<b style="color:red"></b>

ABŞ-nin Florida ştatında yaşayan qadın iki ay fərqlə lotereyada qalib gələrək ümumilikdə 2 milyon dollar qazanıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabr ayında 50 dollarlıq "500X The Cash" lotereya biletini alan 41 yaşlı Altovise Morrisin 1 milyon dollarlıq cekpotu qazandıqdan sonra lotereya rəsmiləri ilə "Mən qayıdacağam" deyə zarafat edib. 

Lakin Morrisin zarafatı iki ay sonra gerçəkləşib. Yanvar ayında yenə eyni oyunu oynayan Morris ikinci 1 milyon dollarlıq uduşu da qazanıb.

"Mən hələ də bunun baş verdiyinə inana bilmirəm", - uduşunu almaq üçün gedən şanslı qadın lotereya rəsmilərinə deyib. İlk uduşunun demək olar ki, hamısını yeni evə xərclədiyini deyən Morris, ikinci 50 dollarlıq bileti alanda yeni evini aldığını bildirib. Florida Lotereyası "500X The Cash" oyununda iki dəfə udmaq ehtimalının 71,6 milyardda 1 olduğunu açıqlayıb.

Qeyd edək ki, vergilər çıxıldıqdan sonra Altovise Morrisə ümumilikdə 1 milyon 640 min dollar ödənildiyi bildirilib.

Malik Atilay

 





09.06.2023    çap et  çap et