525.Az

Nyu-Yorkdakı tüstü iqlim böhranının simvoludur - BMT


 

Nyu-Yorkdakı tüstü iqlim böhranının simvoludur - <b style="color:red">BMT</b>

Birləşmiş Millətlər Təşkilatı (BMT) Kanadadakı meşə yanğınlarının Nyu-York və ABŞ-nin digər şəhərlərini əhatə edən tüstüsü haqqında: "Bu və dünyanın bir çox yerlərində pis hava şəraiti iqlim böhranının simvoludur", - ifadəsini işlədib.

525.az xəbər verir ki, BMT sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında danışıb. Düjarrik Kanadada baş verən yanğınların iqlim ekspertləri və elm adamlarının temperaturun artması ilə bağlı xəbərdarlıqları ilə də əlaqəli olduğunu bildirərək: "Nyu-Yorku bürüyən tüstü və dünyanın bir çox yerlərində pis hava iqlim böhranının simvoludur", - deyib.

Məhəmməd Tağıyev

 





09.06.2023    çap et  çap et