525.Az

ABŞ Efiopiyaya ərzaq yardımını dayandırdı


 

ABŞ Efiopiyaya ərzaq yardımını dayandırdı<b style="color:red"></b>

ABŞ Beynəlxalq İnkişaf Agentliyi Efiopiyaya edilən bütün ərzaq yardımlarının ehtiyacı olanlara çatmadığı üçün dayandırıldığını açıqlayıb.

525.az xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) verdiyi açıqlamada araşdırmanın ölkəyə göndərilən ərzaq yardımının ehtiyacı olanlara çatmadığını üzə çıxarmasından sonra bütün yardımların dayandırılması qərarının alındığı bildirilib. İslahatlar həyata keçirilməyənə qədər bir daha ərzaq paylanması aparılmayacaq. USAID ötən ay milyonlarla insanın ehtiyacı olan Tigraya göndərdiyi Birləşmiş Millətlər yardımının oğurlanaraq bazarlarda satıldığına dair hesabat dərc etmişdi.

Qeyd edək ki, Humanitar Yardım və Dayanıqlıq Donor Qrupu (HRDG) yardımın Efiopiya federal hökumət rəsmiləri tərəfindən oğurlandığını iddia edib.

Məhəmməd Tağıyev

 





09.06.2023    çap et  çap et