525.Az

MN: Azərbaycan Ordusu bölmələrinin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır


 

MN: Azərbaycan Ordusu bölmələrinin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır<b style="color:red"></b>

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

 

 





09.06.2023    çap et  çap et