525.Az

Kürdəmirdə su kanalında kişi meyiti tapılıb


 

Kürdəmirdə su kanalında kişi meyiti tapılıb<b style="color:red"></b>

Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb.

525.az xəbər verir ki, hadisə rayonun Qağacılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü İslamov Rəşad Eldar oğlunun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında aşkarlanıb.

Onun spirtli içki aludəçisi olduğu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 





10.06.2023    çap et  çap et