525.Az

Dünya bazarında neft bir dollardan çox ucuzlaşıb


 

Dünya bazarında neft bir dollardan çox ucuzlaşıb<b style="color:red"></b>

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-ci ilin avqust müqaviləsinin dəyəri 1,17 dollar və ya 1,54% azalaraq 1 barelə görə 74,79 dollar təşkil edib.

525.az "APA-Economics"ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,12 dollar və ya 1,57% azalaraq 70,17 dollar təşkil edib.

 





10.06.2023    çap et  çap et