|
|
|
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
525.az-a bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan 34 823 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib. Həmin dövrdə 4 113 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib.
Yanvar-may aylarında 4670 işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 99 288 şəxsə peşəyönümü xidmətləri göstərilib.