525.Az

İlk 5 ayda 142 894 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib


 

İlk 5 ayda 142 894 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

525.az-a bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 34 823 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib. Həmin dövrdə 4 113 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib.

Yanvar-may aylarında 4670 işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 99 288 şəxsə peşəyönümü xidmətləri göstərilib.

 





10.06.2023    çap et  çap et