525.Az

Azərbaycan yelkənçiləri dünya çempionatında iştirak edəcəklər


 

Azərbaycan yelkənçiləri dünya çempionatında iştirak edəcəklər<b style="color:red"></b>

Azərbaycan yelkənçiləri İspaniyanın Kosta Brava şəhərində keçiriləcək 2023 Optimist Dünya Çempionatına qatılacaqlar.

525.az-ın məlumatına görə, yarışda ölkəni Emel Məmmədli, Davud Babazadə, Nərgiz Məmmədova və Nəzrin Məmmədova təmsil edəcək.

İdmançılar mundiala məşqçi Yasin Çakır və Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianninin rəhbərliyi altında yollanıblar.

Qeyd edək ki, dünya çempionatı 15-25 iyunda təşkil olunacaq.
 

 





10.06.2023    çap et  çap et