525.Az

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb


 

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb<b style="color:red"></b>

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb.

525.az APA-ya istinadən xəbər verir ki, humanitar yardım Ukrayna tərəfinə təhvil verilib.

Ukraynadakı Kaxovka SES-in bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə ölkəmizdən Ukraynaya su nasosları, müxtəlif borular, xilasedici gödəkcələr və digər ləvazimatlar göndərilib.

Qeyd edək ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yola salınıb.

 





10.06.2023    çap et  çap et