525.Az

Yuxarı Şirvan kanalında batan gəncin meyiti tapılıb


 

Yuxarı Şirvan kanalında batan gəncin meyiti tapılıb<b style="color:red"></b>

Yuxarı Şirvan su kanalında batan gəncin meyiti tapılıb.

525.az "Report"a istinadən xəbər verir ki, Ağdaş rayonunun Orta Ləki kənd sakini Kərimli Samir Mirzə oğlunun meyiti rayonun Bulaqotağı kənd ərazisindən, yəni suda batdığı yerdən təqribən 300-400 metr məsafədə aşkarlanıb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü S.Kərimli ötən gün Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmışdı.

 





10.06.2023    çap et  çap et