525.Az

"Əziz Şuşa" beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb


 

"Əziz Şuşa" beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb<b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb.

525.az xəbər verir ki, Gəncə İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Göygöl Milli Parkında yekunlaşıb.

İdmançılar Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vuraraq, 102,9 km məsafə qət ediblər. Finişə hamıdan tez çatan velosipedçi italiyalı Alessandro Monako olub. Onun komanda yoldaşı Emanuele Ansolini ikinci, Qazaxıstan təmsilçisi Rudolf Remxi üçüncü yeri tutub.

Hər üç idmançı mükafatlandırılıb. Qalibə mükafatını Göygöl icra başçısı Elvin Paşayev təqdim edib.

Geridə qalan dörd turdan sonra ümumi sıralamada liderliyini qoruyan İtaliya idmançısı Emanuele Ansolini sarı formanı özündə saxlayıb.

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 11-də yekun vurulacaq. Son mərhələdə idmançılar Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafə qət edəcəklər.

 





10.06.2023    çap et  çap et