525.Az

Əlisa Nicatın yeni uydurmalarına cavab


 

Əlisa Nicatın yeni uydurmalarına cavab<b style="color:red"></b>

“AYB üzvü Əlisa Nicat «Şərq» qəzetində (8 iyun 2023) bəyan edib ki, Birlik vəd etdiyi, ayda 300 manatlıq təqaüdü ona vermir. Düz demir. Əlisa Nicat bu ilin əvvəllərində Yazıçılar Birliyinə məktub yazaraq indiyə qədər heç vaxt təqaüd üçün müraciət etmədiyini etiraf etmiş və bu ilin təqaüdçülər siyahısına salınmasını xahiş etmişdi”. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

Qeyd olunur ki, Ə.Nicatın xahişini nəzərə alaraq, AYB katibliyi onu təqaüdçülər siyahısına salıb və bu barədə 20 aprel 2023-cü il tarixli məktubla Mədəniyyət Nazirliyinə məlumat verib: “Əlisa Nicat may-iyun aylarında təqaüdü almalı idi. Əgər almayıbsa, məsələni qəzet səhifələrində Yazıçılar Birliyinə yersiz irad tutmaqla deyil, Mədəniyyət Nazirliyinin mühasibatına müraciətlə həll etmək olardı. Amma, görünür, məqsəd bu deyilmiş.

Məqsəd, nə vasitəylə olursa olsun, üzvü olduğu və bəhrələndiyi təşkilatı ləkələmək cəhdidir. Öz dediyi kimi yüz kitabını nəşr etdirən Əlisa Nicat bundan əvvəl də maddi ehtiyacı olduğunu aləmə car çəkərək bir neçə gün ərzində öz etirafına görə xeyli miqdarda ianə əldə etmişdi. Rəhmdil, səxavətli, amma sadəlöhv insanların hesabına bu sayaq da varlanmaq mümkün imiş. Öz işidir. Amma qəzet bu yalanı çap etməzdən öncə məsələni AYB ilə dəqiqləşdirsəydi, Yazıçılar Birliyi barədə növbəti uydurma mətbuat səhifələrində yer almazdı”.
 

 





10.06.2023    çap et  çap et