https://525.az/img/pics/medium/2023-09/284199_he2km5ueq1.jpg Azərbaycan Prezidentinin xalqa müraciəti dünya mətbuatında geniş işıqlandırılıb
https://525.az/img/pics/medium/2023-09/284190_3yz08smrpl.jpg “525-ci qəzet”in 22 sentyabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Təvazökar insan, vətənsevər ziyalı - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2023-09/284139_29rdzr3etl.jpg Üçüncü xəbərdarlıq
search
21 Sentyabr 2023

“Kəpəz”də baş məşqçi dəyişikliyi rəsmiləşdi

“Kəpəz”də baş məşqçi dəyişikliyi rəsmiləşdi

“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.

525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, clasın gündəliyinə iki məsələ daxil edilib. İdarə Heyətinə yeni üzvlərin qəbulu və əsas komandaya baş məşqçi təyinatı toplantının əsas müzakirə mövzusu olub. Mehman Allahverdiyev və Müzadil Həsənov “Kəpəz” klubunun İdarə Heyətinə üzv qəbul edilib. 

İdarə Heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Mütəxəssis ilə 1+1 illik müqavilə imzalanacaq.

Ötən mövsüm "Kəpəz"i Tərlan Əhmədov çalışdırıb. Onun başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, Gəncə təmsilçisi 2022/2023 mövsümündə ölkə çempionatını 31 xalla 8-ci pillədə  başa vurub.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl “Zirə-2”nin baş məşqçisi olub. Klub onunla ötən ilin dekabrın sonlarında yolları ayırdığını açıqlayıb.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.