525.Az

Ukrayna İran istehsalı olan 6 PUA-nı məhv edib


 

Ukrayna İran istehsalı olan 6 PUA-nı məhv edib<b style="color:red"></b>

Ukraynanın hava hücumundan müdafiə qüvvələri iyunun 11-nə keçən gecə İran istehsalı olan 6 pilotsuz təyyarəni məhv edib.

525.az bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin teleqram kanalına istinadən xəbər verir.

PUA-lar ölkənin şərqində, "Vostok" hava komandanlığının zonasında vurulub.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan İran Moskvaya "Şahed" pilotsuz uçan aparatlarını tədarük edir.

 





11.06.2023    çap et  çap et