525.Az

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb


 

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

525.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Ərdoğan Prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.

Bu, Türkiyədə dövlət ənənəsidir.

Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri zamanı ikitərəfli əlaqələrlə bağlı bütün sahələrdə atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.

 





11.06.2023    çap et  çap et